...

Bu ölkədə sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlandı

Dünya xəbərləri Materials 30 Dekabr 2024 16:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarı CR450-nin prototipi hazırlanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, istehsalçı olan Çin Dövlət Dəmir Yolu Qrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyat sürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləc səmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyini bildirib.

Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onun əməliyyat sürəti 400 km/saat təyin edilib.

İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir.

Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqaj rəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iri əşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatını ödəməyə imkan verir.

Qatar saatda 400 kilometr sürətdə 17 komponent üzrə sınaqdan keçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testi baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti