Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) onlarla proqramını dayandırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ağ Ev NASA-nın elm xərclərini təxminən 50% azaldaraq, 3.9 milyard dollara endirməyi təklif edir.
Ağ Ev agentliyi daimi rəhbər və kosmosun tədqiqində Çin və digər rəqiblərlə rəqabət aparmaq üçün aydın strategiyadan məhrum edib.