Bakı.Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşmək məqsədilə Ankaraya rəsmi səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, Ermənistan baş nazirinin Türkiyə səfəri iyunun 20-ə planlaşdırılır.
KİV-lər Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryandan şərh almağa çalışsa da, qarşı tərəf zənglərə cavab verməyib.