Ağdam. Trend:
Ağdamda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü İsmayılov Taryel Məhəmməd oğlu yaşadığı ünvanda iş görərkən ehtiyatsızlıqdan əlində olan laqonda onun sağ ayağın baldır nahiyəsinə xəsarət yetirib. Yaralı T.İsmayılov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, müayinə zamanı T.İsmayılov laqonda ilə ehtiyatsızlıqdan ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.