...

Havay adalarında vulkan püskürüb

Dünya xəbərləri Materials 12 İyun 2025 12:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Havay adalarında Kilauea vulkanında püskürmə baş verib.

Trend xəbər verir ki, bu haqda ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb.

Xidmətin məlumatına görə, püskürən lava kütləsi 100 metr hündürlüyə qədər yüksəlib.

Qeyd edək ki, bu 2024-cü il dekabrın 23-dən bəri vulkanda baş verən sayca 25-ci aktivlikdir.

Kilauea Havay adalarında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan vulkandır. Bu vulkan Havay arxipelaqının Böyük Ada hissəsində, Mauna Loa vulkanının cənub-şərq yamacında yerləşir. Kilauea son əsrlər ərzində yüksək aktivliyi ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti