...

Tomas Frank "Tottenhem"lə 3 illik müqavilə imzalayıb

Dünya xəbərləri Materials 13 İyun 2025 04:38 (UTC +04:00)
Tomas Frank "Tottenhem"lə 3 illik müqavilə imzalayıb

Bakı. Trend:

Tomas Frank "Tottenhem"in baş məşqçisi təyin olunub.

Trend xəbər verir ki, London klubu rəsmi olaraq danimarkalı mütəxəssis Tomas Frankın baş məşqçi təyin olunduğunu elan edib. Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Mətbuatda yayılan məlumatlara görə, "Tottenhem" Frankın gedişi qarşılığında "Brentford"a 10 milyon funt-sterlinq kompensasiya ödəyəcək.

Xatırladaq ki, klub ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu istefaya göndərmişdi.

Xəbər lenti

Xəbər lenti