...

Milli Məclisin TÜRKPA-ya sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb - Sahibə Qafarova

Siyasət Materials 12 İyun 2025 12:18 (UTC +04:00)
Milli Məclisin TÜRKPA-ya sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasında çıxışı zamanı səsləndirib.

Spiker TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onun eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti