...

Azərbaycan və Çin arasında elm, texnologiya və süni intellekt sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb (FOTO)

Siyasət Materials 12 İyun 2025 14:29 (UTC +04:00)
Azərbaycan və Çin arasında elm, texnologiya və süni intellekt sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti