...

Lionel Skaloni Kolumbiya ilə matçda Messinin əvəzlənməsi haqqında danışıb

İdman Materials 13 İyun 2025 01:14 (UTC +04:00)
Lionel Skaloni Kolumbiya ilə matçda Messinin əvəzlənməsi haqqında danışıb

Bakı. Trend:

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turunda Kolumbiya ilə matçda Lionel Messinin 78-ci dəqiqədə əvəzlənməsi haqqında danışıb.

Trend xəbər verir ki, "TyC Sports"a danışan argentinalı mütəxəssis bunları deyib:

"Əvvəla onu deyim ki, Messi meydandan çıxmaq istəmirdi. Amma dəyişiklik etdiyimizi görəndə, xahiş etdi ki, onu əvəzləyək. Mənə bu haqda deməsəydi, onu əvəzləməyəcəkdim. Özü istədi deyə, onu əvəzləməyə məcbur olurduq".

Qeyd edək ki, bu görüşdə Kolumbiyadan 24-cü dəqiqədə Luis Dias fərqlənib. Tyaqo Almada isə 81-ci dəqiqədə hesabı bərabərləşdirib.

Xəbər lenti

Xəbər lenti