Bakı. Trend:
İsrailin hava hücumu nəticəsində Tehran və bir neçə şəhərdə bir qrup hərbçi, alim və sivil həlak olub.
Trend-in məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda deyilir ki, İsrailin hücumu yaşayış massivlərinə edilib.
Bəyanata görə, İsrailin İrana hücumu BMT əsasnaməsinin 4-cü maddəsini açıq-aşkar şəkildə pozub. İranın bu hücuma reaksiyası BMT əsasnaməsinin 51-ci maddəsinə əsasən qanunidir.
"İran BMT üzvləri və bütün beynəlxalq və regional dairələrdən İsrailin İrana hücumunu qınamasını və kollektiv şəkildə bu hücumla əlaqədar təcili addım atmasını gözləyir", -deyə bəyanatda bildirilir.