...

G7 sammiti bu tarixdə baş tutacaq

Dünya xəbərləri Materials 13 İyun 2025 03:37 (UTC +04:00)
G7 sammiti bu tarixdə baş tutacaq

Bakı. Trend:

Kanadada daha əvvəl iyunun 15-nə planlaşdırılan G7 ölkələrinin sammitinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) başlanması bir gün sonra baş tutacaq.

Trend xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Kanada rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, G7 liderləri görüşdən sonra bəyannamə deyil, “daha qısa, diqqətli” bəyanatlar verməyi planlaşdırıblar.

Daha əvvəl CTV Kanada hökumətindəki mənbəyə istinadla məlumat vermişdi ki, G7 ölkələrinin yekun bəyanatı gözlənilmir, əvəzində iştirakçılar bəzi məsələlər üzrə birgə kommünikelər çıxara bilər.

Sammitin gündəliyinə Ukrayna ilə yanaşı, enerji təhlükəsizliyi məsələləri, NATO ölkələrinin müdafiə xərclərinin artırılması və kritik xammala çıxış məsələləri daxil olacaq.

Xəbər lenti

Xəbər lenti