...

"Hoffenhaym" isveçrəli yarımmüdafiəçi ilə rəsmən müqavilə imzaladı

Dünya xəbərləri Materials 13 İyun 2025 02:49 (UTC +04:00)
"Hoffenhaym" isveçrəli yarımmüdafiəçi ilə rəsmən müqavilə imzaladı

Bakı. Trend:

"Hoffenhaym" "Bazel"in yarımmüdafiəçisi Leon Avdullahunun transferini rəsmən açıqlayıb.

Trend xəbər verir ki, Almaniya təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı isveçrəli futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Transfermarkt portalının məlumatına əsasən, müqavilənin dəyəri 8 milyon avro təşkil edir.

Avdullahu "Bazel"in yetirməsidir. O, əsas komandada 71 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti