Bakı. Trend:
ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı sanksiyalarla bağlı iki fərman imzaladığını bildirib.
Trend xəbər verir ki, o, bu barədə ABŞ Senatında keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, fərmanlar İranın "kölgə donanması"na şamil ediləcək:
"Biz İrana maksimum təzyiq göstəririk. Onların kölgə donanmasının izinə düşməyə çalışırıq", - deyə o qeyd edib.