Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni skuter parklanma məntəqələri yaradılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, Məhəmməd Hadi küçəsində 5, Sarayevo küçəsində 1, Seyid Əzim Şirvani küçəsində 1, Qara Qarayev prospektində 2 parklanma məntəqələri yaradılıb.