...

Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Dünya xəbərləri Materials 12 İyun 2025 13:08 (UTC +04:00)
Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

Trend ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki yeni mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamız (1303.32 xal) 74-cü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2057,19) başçılıq edir.

Xəbər lenti

Xəbər lenti