...

“Mançester Yunayted” braziliyalı hücumçunu transfer edib

İdman Materials 12 İyun 2025 19:00 (UTC +04:00)
“Mançester Yunayted” braziliyalı hücumçunu transfer edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Mançester Yunayted” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhemptom”un hücumçusu Mateus Kunyanı transfer edib.

Məlumata görə, Braziliyalı forvardla 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər sonradan sözləşmənin müddətini daha bir il uzada bilərlər.

Qeyd edək ki, Mateus Kunya 2023-cü ildən "Vulverhempton"da çıxış edirdi. 26 yaşlı hücumçu ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti