...

Xaçmazda “Fest-Payız 2025” adlı festival keçirilib (FOTO)

Gündəm Materials 17 Dekabr 2025 11:51 (UTC +04:00)
Xaçmazda “Fest-Payız 2025” adlı festival keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fest-Payız 2025” adlı festival keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon rəsmiləri və təhsil işçiləri əvvəlcə mərkəzin foyesində Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olublar.

“Fest-Payız 2025” adlı festivalda çıxış edənlər festivalın əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, festivalın keçirilməsində əsas məqsəd şagirdlər arasında məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirməkdir.

Tədbir rəngarəng bədii proqramla davam edib. Mərkəzin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb.

Məktəblilərin bir-birindən maraqlı çıxışları tədbirə xüsusi rəng qataraq iştirakçılarda xoş ovqat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti