...

Bakıda Aqrar Biznes Festivallarına həsr olunan yekun tədbir keçirilir (FOTO)

İqtisadiyyat Materials 17 Dekabr 2025 10:40 (UTC +04:00)
Bakıda Aqrar Biznes Festivallarına həsr olunan yekun tədbir keçirilir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda bu gün Aqrar Biznes Festivallarına həsr olunan yekun tədbir keçirilir.

Trend xəbər verir ki, tədbirdə 2025-ci təsərrüfat ilinə yekun vurulacaq.

Son 3 ildə keçirilmiş 90 Aqrar Biznes Festivalı, 30-dək toxum sərgi satış yarmarkası, kredit yarmarkaları, məhsul festivalları, aqrar sahədə dövlət dəstəyi mexanizmləri, 20-dək ali təhsil müəssisəsinin tələbələrinin iştirakı ilə süni intellekt layihələrinin icrasını dəstəkləyən Bootcamplarla bağlı hesabatlar dinləniləcək, 2026-cı ilin mayında keçiriləcək Caspian Agro Beynəlxalq Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin yeni formatı açıqlanacaq.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov, Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Tahir Rzayev, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rəfail Quliyev, Saghibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Biznesin İnkişafı Fondunun, Azərbaycan Banklar Assoisasiyasının, Dövlət Məşğulluq Agentliyinin, bir sıra bankların rəhbərləri iştirak edirlər.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti