Bakı. Trend:
Azərbaycanda 3 kooperativ cəmiyyətin adı və təşkilati-hüquqi formasında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, söhbət Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın Gəncə Şəhər Kooperativ Cəmiyyəti, Bərdə Rayon Kooperativ Cəmiyyəti və Goranboy Rayon Kooperativ Cəmiyyətindən gedir.
Belə ki, sözügedən qurumlar adını və təşkilati-hüquqi formasını dəyişərək müvafiq olaraq Gəncə Şəhər İstehsal-İstehlak Kooperativi, Bərdə Rayon İstehsal-İstehlak Kooperativi və Goranboy Rayon İstehsal-İstehlak Kooperativinə çevrildiyini elan ediblər.
Gəncə Şəhər Kooperativ Cəmiyyəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Orucova Mərdcan Qəmbər qızıdır.
Bərdə Rayon Kooperativ Cəmiyyəti 2007-ci ildə dövlət qeydiyyatına. Cəmiyyətin qanuni təmsilçisi Mustafayev Rəfail Behbud oğludur.
Goranboy Rayon Kooperativ Cəmiyyəti 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Kərimov Məhəmməd Tofiq oğludur.
