...

Avropa Parlamenti Rusiyadan qaz idxalının mərhələli qadağasını nəzərdə tutan qanunu qəbul edib

Dünya xəbərləri Materials 17 Dekabr 2025 17:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti Avropa İttifaqının 2027-ci ilin sonunadək Rusiya qazının idxalından mərhələli şəkildə imtina edilməsini nəzərdə tutan qanun qəbul edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, qəbul olunmuş qanun Avropa İttifaqının enerji təhlükəsizliyini Rusiya Federasiyasının siyasi alətinə çevrilməsindən qoruyacaq.

Rusiya qazının idxalından imtinaya dair qanunun lehinə 500 deputat səs verib, 120 parlamentari əleyhinə çıxıb, 32 nəfər isə bitərəf qalıb. Qanun qüvvəyə minməzdən əvvəl Avropa İttifaqı Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Sənədin gələn il təsdiqlənəcəyi gözlənilir.

Sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra, 2026-cı ilin əvvəlindən etibarən Avropa İttifaqında Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) idxalı qadağan ediləcək. Boru kəmərləri ilə nəql olunan qazın idxalı isə 30 sentyabr 2027-ci ilədək mərhələli şəkildə dayandırılacaq.

Yeni qanun həmçinin pozuntulara yol verən operatorlara qarşı üzv dövlətlərin tətbiq edəcəyi cərimələri də nəzərdə tutur.

“Bu, tarixi bir addımdır: Avropa İttifaqı Rusiya qazı və neftindən azad yeni bir dövrə doğru nəhəng bir addım atır. Rusiya artıq heç vaxt fosil yanacaq ixracını Avropaya qarşı silah kimi istifadə edə bilməz. Əsas prioritetlərimiz boru kəməri qazına qadağanın mümkün qədər tez tətbiqi, uzunmüddətli LNG müqavilələrinin nəzərdə tutulduğundan bir il əvvəl qadağan edilməsi və bu yeni qaydalardan yan keçilməsinin qarşısının alınması idi”, - deyə Avropa Parlamentinin Sənaye, tədqiqat və enerji komitəsinin aparıcı məruzəçi Ville Niinistö (Yaşıllar/EFA, Finlandiya) bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti