...

Platin rekord səviyyədə bahalaşıb

Dünya xəbərləri Materials 17 Dekabr 2025 10:22 (UTC +04:00)
Platin rekord səviyyədə bahalaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qiymətli əlvan metallardan olan platin rekord səviyyədə bahalaşıb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Nyu-York əmtəə birjasında (NYMEX) 2026-cı ilin yanvar tədarükləri üzrə platinin füçers qiyməti bir troy unsiya üçün 1900 ABŞ dollarını ötüb. Bu 2011-ci ilin 23 avqustundan bəri ən yüksək qiymət sayılır.

NYMEX-də Bakı vaxtı ilə 05:19-a olan göstəricilərə əsasən, platinin füçers qiyməti 1,4% artaraq troy unsiyası 1 901,8 ABŞ dolları təşkil edib. 09:25-də isə qiymət daha sürətli templə artaraq 1 920,7 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, ilin əvvəlindən bəri bu əlvan metalın qiyməti 109,52 faiz bahalaşıb.

Platin əsasən avtomobil sənayesində katalitik neytrallaşdırıcılarda istifadə olunur və zərərli qazların emissiyasını azaltmağa xidmət edir. Bundan əlavə, zərgərlik məmulatlarında, kimya və neft-kimya sənayesində katalizator kimi, eləcə də tibbdə (xüsusən implantlar və alətlərdə) geniş tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti