Bakı. Trend:
2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək olan müddətdə Arktika bölgəsində havanın temperaturu 1900-cü ildən bəri qeydə alınan ən yüksək göstəriciyə çatıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) açıqlama yayıb.
Qurumun hesabatında qeyd olunur ki, hava və okean sularının isinməsi buz örtüyünün sürətlə əriməsinə və Arktikanın təbii landşaftında ciddi dəyişikliklərə yol açıb. Bu proses dəniz səviyyəsinin qalxmasına səbəb olaraq sunami və daşqın təhlükəsini artırır.
Bununla yanaşı, əriyən buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularının çirklənməsinə gətirib çıxarır. Sənəddə vurğulanır ki, son on il müşahidələr tarixində Arktika üçün ən isti dövr kimi qeydə alınıb.