Bakı. Trend:
Fransanın Daxili İşlər Nazirliyi (DİN) kütləvi kiberhücumun hədəfinə çevrilib. Belə ki, 300 minə yaxın personalı olan qurumun əməkdaşlarının xidməti elektron poçtlarına müdaxilələr olub və hakerlər həssas polis materiallarına çıxış əldə ediblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın DİN rəhbəri Lorent Nunez açıqlama verib.
“Bir neçə gün əvvəl biz zərərli müdaxilənin hədəfinə çevrilmişik. Hələlik kiberhücumun miqyasını bilmirik. Bu vaxta qədər sistemdən onlarla faylın oğurlanmış ola biləcəyi ehtimal edilir,” – deyə Nünes mətbuata verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, cinayətkarın qısa müddətdə müəyyən edilməsi məqsədilə istintaqa başlanılıb.
