Bakı. Trend:
Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalına birdəfəlik son qoymaq istiqamətində göstərdiyi bütün səylərə baxmayaraq, hələ də qazının 13%-ni və neftinin 2%-ni Rusiyadan alır.
Trend xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursulan fon der Lyayen Avropa Parlamentində çıxış edib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Avropa İttifaqına Rusiya qazının, o cümlədən mayeləşdirilmiş təbii qazın (MTQ) və kəmərlə daşınan qazın idxalı 45%-dən 13%-ə qədər azalıb.
Bundan əlavə, Rusiyadan satınalınan neftin həcmi də 26 faizdən dan 2 faizə düşüb. Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqı yaxın gələcəkdə Rusiyadan enerji resurslarını tamamilə imtina edəcək.
“Avropa İttifaqı yeni eranın– Rusiya enerjisindən tam müstəqillik erasıının astanasındadır”,- deyə Lyayen bildirib.
