Bakı. Trend:
Türkiyənin Hatay vilayətinin Hassa rayonunda 4 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 7,41 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.