...

Gələn il Azərbaycanda mebel qiymətləri artacaq?

İqtisadiyyat Materials 17 Dekabr 2025 09:19 (UTC +04:00)
Gələn il Azərbaycanda mebel qiymətləri artacaq?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda növbəti ildə mebel qiymətlərinin artması gözləniləndir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat verib.

O bildirib ki, mebel qiymətlərində artım bir neçə faktora əsasən baş verir.

“Birincisi mebel hazırlanması üçün xammal, yarimfabrikatlar , aksesuarlar ölkəmizə xarici ölkələrdən idxal olunur. Burada həm həmin ölkələrdə mebel məhsullarının qiymətinin artması, eyni zamanda dollar, avronun məzənnələrinin dəyişməsi , logistika xərclərinin artması və sair kimi amillər nəticəsində ölkəmizə idxal olunan mebel məhsullarının, hazır mebellerin bahalaşmasına gətirib çıxara bilər", - Ozan əlavə edib.

Onun sözlərinə görə, dünyada baş verən müharibələr və siyasi proseslərdə iqtisadiyyata böyük təsiri var:

"Bəzən təkcə elə bu səbəblərdən logistik xərclər iki və ya üç dəfə arta bilir. Daxili mebel istehsalında da bu amillər eyni təsir gücünə malikdir .Ona görə də mebel qiymətlərinin artması gözləniləndir".

Sədr müavini qeyd edib ki, əsasən yanvar, fevral aylarında mebel istehsalı, mebel satışında durğunluq ayları, mart, aprel ayları isə daha hərəkətli aylar hesab edilir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti