Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp gözlənilən xalqa müraciətində dövlət başçısı kimi əldə etdiyi uğurlardan söz açacaq.
Trend xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Tramp amerikalılara qarşıdakı dövrdə ölkəni nələrin gözlədiyindən danışacaq: “Prezident tez-tez vurğulayır ki, ən yaxşı günlər hələ irəlidədir. Məhz buna görə də o, xalqa müraciət edərək ötən il ərzində əldə olunan bütün tarixi nailiyyətləri diqqətə çatdıracaq”, – deyə Levitt qeyd edib.
Mətbuat katibi əlavə edib ki, Tramp çıxışında 2026-cı il üçün planlaşdırılan təşəbbüslərə də toxuna bilər.