Bakı. Trend:
İsrail baş naziri Binyamin Netanyahu Avstraliyanın terrorla və antisemitizmlə mübarizə üçün lazımı səviyyədə ölçülər qəbul etmədiyini bildirib və ölkə rəhbərliyinin bu nöqsanları dərhal aradan qaldırmasını tələb edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Netanyahu dekabrın 14-də Sidney şəhərində törədilmiş terror aktından zərərçəkmiş yəhudilərlə görüşündən sonra bəyanatla çıxış edib.
“Baş nazir qeyd edib ki, bu cinayətkar əməllər Avstraliya hakimiyyəti və hökumətinin yumşaq siyasətinin fonunda antisemitizmin alovlanmasının nəticəsidir və bu qurumlar dərhal terroru aradan qaldırmaq və yəhudi icmaları üçün təhlükəsizliyi bərpa etmək üçün mövcud bütün vasitələrdən istifadə etməlidirlər.
Baş nazir vurğulayıb ki, İsrail Dövləti Avstraliyadakı yəhudi icmasını dəstəkləyir və həmçinin ‘Xabad’ (yəhudi dini hərəkatı) nümayəndələrini və Avstraliyadakı yəhudiləri dəstəkləməyə çağırıb. Onlar dərin iman və böyük mənəvi güclərinə söykənərək, bizə zərər vermək istəyənlərə qarşı möhkəm dururlar”, – İsrail baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində törədilmiş terror hücumundaə 15 nəfər həlak olub.
