Bakı. Trend:
İmzalanmış yeni Əməkdaşlıq Memorandumu əsasında “Kompleks qazma işləri” tresti (KQİT) ilə “Bahar Energy Operating Company” (BEOC) arasında tərəfdaşlıq elan edilib.
Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, bu əməkdaşlıq KQİT-in geniş təcrübəsinin Bahar və Qum-dəniz yataqlarında tətbiq olunması imkanlarını nəzərdə tutur.
“KQİT olaraq əməkdaşlıq çərçivəsində BEOC ilə birgə həyata keçiriləcək layihələrin hər iki müəssisənin hədəflərinə çatmasına mühüm töhfə verəcəyinə inanırıq”, - məlumatda qeyd edilib.
