...

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2025 17:06 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ərazi icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Müraciətlər məşğulluq, sosial müavinət, yol təsərrüfatı və digər sahələri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti