...

Sidneydə silahlı hücumda təqsirləndirilən şəxs ilk dəfə məhkəmə qarşısına çıxarılacaq

Dünya xəbərləri Materials 17 Dekabr 2025 11:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyanın Sidney şəhərinin çimərliyində silahlı hücum həyata keçirmiş 24 yaşlı Navid Əkrəm ilk məhkəmə iclasına xəstəxana palatasından videobağlantı vasitəsilə çıxarılacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.

Məlumata görə, Navid Əkrəm terror aktı törətməkdə və 15 nəfərin qətlində ittiham olunur.

Polis idarəsindən qeyd edilir ki, şübhəli ittihamlar irəli sürüldükdən sonra polis nəzarəti altında xəstəxanada qalır və günün sonunadək videobağlantı vasitəsilə yerli məhkəmə qarşısına çıxarılacaq.

Hüquq-mühafizə orqanlarının nümayəndələri məhəkəmədə təqsirləndirilən şəxsin Avstraliya hökuməti tərəfindən terror təşkilatları siyahısına daxil edilmiş İŞİD qruplaşmasının təsirindən terror aktı törətdiyini sübut etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti