Bakı. Trend:
ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leonedən olan şəxslərin ölkəyə daxil olmasına tam şəkildə məhdudiyyət tətbiq edib.
Trend xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Ağ Evin rəsmi saytında dərc edilən fərmanında əksini tapıb.
Sənəddə, eyni zamanda, 15 ölkənin — Anqola, Antiqua və Barbuda, Benin, Kot-d’İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşlarına viza verilməsinin qismən məhdudlaşdırıldığı bildirilir.
Fərmana görə, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarına tətbiq olunan qadağanı aradan qaldırıb, lakin onların immiqrant statusu ilə ölkəyə girişinin dayandırılması qüvvədə saxlanılıb.