Bakı. Trend:
NATO baş katibinin müavini Radmila Şekerinska gələn ilin ilk yarısında Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Trend-ə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.
“Proqram və tarixlər daxil olmaqla səfərlə bağlı daha ətraflı məlumat müəyyən olunmuş qaydada açıqlanacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu səfərdən əvvəl, 2025-ci ilin sonlarında bir sıra məhsuldar yüksək səviyyəli görüşlər keçirili. Həmin görüşlərə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq sammitlər çərçivəsində Radmila Şekerinska ilə apardığı danışıqlar, eləcə də 2025-ci ilin noyabrında NATO-ya üzv ölkələrin 15 səfirindən ibarət nümayəndə heyətinin Bakıya səfəri daxildir.
