...

Ölkə üzrə 12000-ə yaxın fermer sahibkar ABİF-in vəsaitindən istifadə edir - Namiq Zeynalov

İqtisadiyyat Materials 17 Dekabr 2025 13:03 (UTC +04:00)
Ölkə üzrə 12000-ə yaxın fermer sahibkar ABİF-in vəsaitindən istifadə edir - Namiq Zeynalov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu günə olan statistikaya əsasən, ölkə üzrə 12000-ə yaxın fermer sahibkar Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə edir. Bu ümumilikdə 350 milyon manat həcmindədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov bu gün Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə panel müzakirəsi zamanı bildirib.

“Ümumilikdə fond 5960 layihəni maliyyələşdirib. Bu layihələrin ümumi maliyyə həcmi 346 milyon manat vəsaiti əhatə edir”, - o əlavə edib.

O qeyd edib ki, biznes festivalının regionlarda keçirilməsi bu rəqəmlərin artmasına xidmət edir.

“İqtisadiyyatda bu gün məsafə anlayışı itir. İldə bir dəfə keçirilən sərgi mahiyyətini saxlaya bilmir. Regionlara hər ay getmək tələb edilir. Həmçinin investisiya layihələrinfə də fondun iştirakı mümkündür”,- deyə fond rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti