Bakı. Trend:
Gürcüstanın valyuta ehtiyatlarının tarixdə ilk dəfə 6 milyard ABŞ dollarını keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, iqtisadi artım büdcəni artırmaq imkanı verir.
"Bu ili görünməmiş iqtisadi nəticələrlə başa vururuq. Təbii ki, bu artım birbaşa büdcə artımında öz əksini tapdı və bu, bizə bütün sahələrdə maliyyələşdirməni artırmaq imkanı verdi. Əsas prioritetlərdən biri yenə də sosial sahə olacaq və büdcənin üçdə birindən çoxu səhiyyə xərcləri, pensiyalar, sosial müavinətlər və s. daxil olmaqla sosial ödənişlərə xərclənəcək", - deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, infrastruktur sektorunda ciddi maliyyələşdirmə olacaq, büdcəyə daxil olan ümumi kapital xərcləri təxminən 8,2 milyard lari olacaq və bu, iqtisadiyyata əlavə stimul verəcək.