...

Tanınmış məşqçi Braziliya klubundan ayrılıb

İdman Materials 17 Dekabr 2025 14:04 (UTC +04:00)
Tanınmış məşqçi Braziliya klubundan ayrılıb

Bakı. Trend:

"Kruzeyro" "Monako"nun sabiq baş məşqçisi, Fransanın keçmiş çempionu Leonardo Jardimin istefaya göndərib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, 51 yaşlı portuqaliyalı məşqçinin istefasına səbəb Braziliya kubokunun yarımfinal mərhələsində penaltilərdə "Korintians"a uduzaraq (2:1, 0:1, penaltilərdə 4:5) turnirdən kənar qalması olub.

Jardim 2025-ci ilin fevral ayından "Kruzeyro"nu çalışdırırdı və onun rəhbərliyi altında Belo Horizonte klubu 2025-ci il A seriyasında 3-cü pilləni tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti