...

Tramp Venesuela rəhbərliyini "misli görülməmiş şokla" hədələyib

Dünya xəbərləri Materials 17 Dekabr 2025 11:04 (UTC +04:00)
Tramp Venesuela rəhbərliyini "misli görülməmiş şokla" hədələyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesuelanı “misli görünməmiş şok”la hədələyərək, Karakasdan “oğurlanmış” neftin, aktivlərin və torpaqların geri qaytarılmasını tələb edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Onlar üçün şok misli görünməmiş olacaq- bu effekt əvvəllər bizdən oğurladıqları bütün nefti, torpaqları və digər aktivləri Birləşmiş Ştatlara geri qaytaranadək davam edəcək”,- Tramp bildirib.

Bundan əvvəl Venesuela rəhbərliyi ABŞ-dən Karib dənizində ələ keçirilmiş tankerin ekipajını təcili azad etməyi, müsadirə edilmiş nefti geri qaytarmağı və qanuni ticarətə müdaxiləni dayandırmağı tələb etmişdi.

Dekabrın 10-da ABŞ hərbi dəniz donanmasının “Gerald R. Ford” aviadaşıyıcısının köməyi ilə Karib dənizində Venesuela nefti daşıyan tankeri ələ keçirib. Tramp Vaşinqtonun nefti özündə saxlayacağını bəyan edib. Daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Venesuela sahilləri yaxınlığında saxlanılan tankerin və onun daşıdığı neftin Birləşmiş Ştatlar tərəfindən müsadirə ediləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti