...

AYİB Gürcüstanın avtomobil sənayesinin transformasiyasına dəstək olacaq

İqtisadiyyat Materials 17 Dekabr 2025 16:34 (UTC +04:00)
AYİB Gürcüstanın avtomobil sənayesinin transformasiyasına dəstək olacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda və qonşu ölkələrdə avtomobil sənayesinin transformasiyasına dəstək məqsədilə Qafqaz regionunda ən böyük avtomobil distribyutoru olan “Tegeta Motors” şirkətinə 25 milyon avro məbləğində kredit ayırır.

Trend bu barədə AYİB-ə istinadən xəbər verir.

Maliyyələşdirmə Tbilisidə GEZI gömrük zonası yaxınlığında yerləşən "Tegeta"nın yeni servis mərkəzinin genişləndirilməsinə yönəldiləcək. Gürcüstanın Şərq–Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Tbilisi dolama yolunda yerləşən bu servis mərkəzi eyni vaxtda 30-dan çox iriölçülü nəqliyyat vasitəsinə xidmət göstərə biləcək ki, bu da şirkətin servis imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd olunur ki, kreditlə yanaşı, AYİB iki texniki əməkdaşlıq proqramını da həyata keçirəcək. Bu proqramlar beynəlxalq standartlara uyğun peşə təhsili təşəbbüslərinin inkişafını, həmçinin “Tegeta Motors”un idarəetmə strukturunun qlobal təcrübələrə uyğun şəkildə gücləndirilməsinə yönəlmiş kompleks korporativ idarəetmə planının hazırlanmasını əhatə edir.

“Saziş GEZI "Tegeta" servis mərkəzində AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və “Tegeta Motors”un baş icraçı direktoru Yekaterina Kavtaradzenin iştirakı ilə imzalanıb.

AYİB-in texniki əməkdaşlıq proqramlarının dəstəyi ilə "Tegeta Akademiyası" mexaniklər üçün akkreditə olunmuş təlim proqramlarına start verəcək, mövcud kursları Tbilisidən kənardakı dinləyiciləri əhatə etmək üçün rəqəmsallaşdıracaq, həmçinin milli peşə bacarıqları standartlarının hazırlanmasının təşəbbüskarı olacaq.

Akademiya eyni zamanda "European Training Foundation Network of Excellence" qlobal şəbəkəsinə qoşularaq Gürcüstanda peşə təhsili sahəsində yeni standartların formalaşdırılmasına töhfə verəcək. Azı 200 iştirakçı nəzəri dərslər və GEZI servis mərkəzində praktiki məşğələləri əhatə edən təlimlərdən keçə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti