...

Almaniya kansleri Ukrayna ilə bağlı danışıqların hansı mərhələdə olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 17 Dekabr 2025 07:49 (UTC +04:00)
Almaniya kansleri Ukrayna ilə bağlı danışıqların hansı mərhələdə olduğunu açıqlayıb

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı müzakirələrin hansı mərhələdə olduğunu açıqlayıb.

Trend xəbər verir ki, o, bu barədə ZDF televiziya kanalına müsahibəsində danışıb.

Kanslerin sözlərinə əsasən, tərəflər Ukraynanın şərqində demilitarizasiya olunmuş zonanın yaradılması imkanını real olaraq müzakirə edirlər.

“Hazırda ABŞ, Rusiya, Ukrayna və Avropa arasında demilitarizasiya edilmiş zona ilə bağlı danışıqlar gedir”, – deyə Merts qeyd edib.

O, belə bir zonanın formalaşdırılmasını müsbət qiymətləndirərək bildirib ki, bu addım münaqişə tərəflərini bir-birindən ayırmağa kömək edə bilər. Eyni zamanda, kansler vurğulayıb ki, demilitarizasiya olunmuş zonanın yaradılması xüsusi iqtisadi zonanın tətbiqi anlamına gəlmir.

“Bir daha qeyd edirəm ki, bütün bunlar hələlik gələcəyə dair planlardır. Biz bu mərhələyə hələ çatmamışıq”, – deyə Fridrix Merts əlavə edib.

Xəbər lenti

Xəbər lenti