...

Aqrar Biznes Festivalları çərçivəsində 8 milyon manatdan artıq satış icra olunub - Nazir

İqtisadiyyat Materials 17 Dekabr 2025 10:55 (UTC +04:00)
Aqrar Biznes Festivalları çərçivəsində 8 milyon manatdan artıq satış icra olunub - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən edilib. Dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində aqrar sektorda genişmiqyaslı islahatlar həyata keçirilmiş, fermerlərin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişləndirilmiş, regionların dayanıqlı inkişafı üçün möhkəm əsaslar formalaşdırılıb.

Trend xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır: "Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir.

İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır.

Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunmuşdur. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmiş, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak etmiş, 8 milyon manatdan artıq satış icra olunmuşdu".

Nazir qeyd edib ki, festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib.

Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib: "Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti