...

106 yaşlı britaniyalı qadın uzunömürlülüyün sirrini açıb

Dünya xəbərləri Materials 17 Dekabr 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

106-cı ad gününü qeyd edən Britaniyanın Coan Klark adlı sakini uzunömürlülüyün sirrini bölüşüb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Coan Klark 3 dekabr 1919-cu ildə Şeffild şəhərində anadan olub. Uşaqlığında o valideynləri ilə birlikdə Hindistan və Misirdə yaşayıb. 1941-ci ildə Klark ərə gedib daha sonra isə 2 uşaq dünyaya gətirib. İkinci Dünya Müharibəsi dövründə o sursat zavodunda işləyib, daha sonra isə satıcı olub. Son illərini isə Uokinq şəhərində yerləşən qocalar evində keçirir.

Qadının fikrincə uzunömürlü olmasının sirri onun hər şeyə nikbin, pozitiv yanaşmasıdır.

“Sizdə olanlar barədə düşünün, olmayan və çatışmayan şeylərin fikrini çəkməyin”, -deyə 106 yaşlı britaniyalı tövsiyə edib. O həmçinin xeyirxahlıq və xoşbəxtliyin uzunömürlüyün əsas faktorlarından olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti