...

"İnter Mayami" Luis Suarez ilə bağlı qərar verdi

İdman Materials 17 Dekabr 2025 18:23 (UTC +04:00)

Bakı. Trend:

“İnter Mayami”nin hücumçusu Luis Suares yaxın zamanda MLS klubu ilə yeni müqavilə imzalayacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 38 yaşlı futbolçu bu mövsüm tarixində ilk dəfə MLS çempionu olan klubla yeni sözləşməyə imza atmağa hazırdır.

Uruqvaylı forvardın hazırkı müqaviləsi bu ilin 31 dekabr tarixinə qədər qüvvədədir. O, cari mövsümdə 42 oyuna çıxaraq 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti