...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 17 Dekabr 2025 12:45 (UTC +04:00)
Sabah hava necə olacaq?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 7 dərəcədən 11 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcədən şaxta 3 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək, dağlarda gecə 7 dərəcədən 10 dərəcəyədək şaxta, gündüz 2 dərəcədən şaxta 3 dərəcəyədək olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti