...

Azərbaycan ilk dəfə Qazaxıstana çəkmə ixracına başlayıb (FOTO)

Cəmiyyət Materials 12 İyun 2025 13:55 (UTC +04:00)
Azərbaycan ilk dəfə Qazaxıstana çəkmə ixracına başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan ilk dəfə olaraq Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb.

Trend xəbər verir ki, bu barədə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

"Ağdam Sənaye Parkında hazırda investisiya porfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Qısa müddət ərzində yaradılmasına baxmayaraq Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci, Qarabağın isə ən böyük sənaye mərkəzi hesab edilir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti