...

Ağdamda istehsal edilən ayaqqabıların ixrac olunacağı ölkələr açıqlandı

Cəmiyyət Materials 12 İyun 2025 14:18 (UTC +04:00)
Ağdamda istehsal edilən ayaqqabıların ixrac olunacağı ölkələr açıqlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

BAFCO MMC-nin istehsal etdiyi məhsulların Fransa, ərəb ölkələri, eləcə də, Rusiyaya ixracı planlaşdırılır.

Trend xəbər verir ki, bu sözləri Ağdam sənaye parkına təşkil olunan mediaturda BAFCO MMC-nin baş direktoru Elnur Allahverdiyev bildirib.

“Biz BAFCO MMC olaraq Ağdam Sənaye Parkında ayaqqabıların istehsalı fabrikini açmışıq və bu gün bizim üçün qürurverici bir gündür ki, biz öz fabrikimizdən ilk dəfə olaraq Qazaxıstan Respublikasına təhlükəsizlik ayaqqabıları ixrac edəcəyik.

Bu ayaqqabılar DESMA avadanlıqları ilə istehsal edilir. DESMA şirkətinin prezidenti Klaus Freese də Azərbaycandadır və ixrac prosesində bizimlə bir yerdədir. Bizim ilk ixracımız 5 000 cüt təşkil edir. Burada poliuretan ayaqqabılardan tutmuş fəhlə ayaqqabılarına kimi, müxtəlif təyinatlı ayaqqabılar mövcuddur”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti