...

Maliyyə sektorunda çağrı mərkəzlərinin rolunun vacibliyi dəyərləndirilib

İqtisadiyyat Materials 12 İyun 2025 18:18 (UTC +04:00)
Maliyyə sektorunda çağrı mərkəzlərinin rolunun vacibliyi dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolunun vacibliyi müzakirə edilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, müzakirələrdə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Kapital Bazarları Assosiasiyasının, həmçinin assosiasiyalara üzv olan təşkilatların 150-yə yaxın nümayəndəsi iştirak edib.

Görüş maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolunun vacibliyi mövzusuna həsr olunub.

Görüşdə Mərkəzi Bankın Çağrı mərkəzinin fəaliyyətinin təşkilindən bəhs olunub və təşkilatların qaynar xətt nömrələri vasitəsilə məlumat əlçatanlığının təmin olunması istiqamətində tövsiyələr səsləndirilib. Daha sonra vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

"Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının qorunması istiqamətində səmərəliliyin artırılmasını və məlumat əlçatanlığının təmin olunmasını diqqətdə saxlayır. Bu məqsədlə Mərkəzi Bankın rəsmi veb-səhifəsində Sual-cavab bölməsində Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında məlumat bazası yenilənib.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən vətəndaş məmuniyyətinin artırılması istiqamətində həyata keçirilmiş növbəti təşəbbüs respublika ərazisində fəaliyyət göstərən elektron pul təşkilatları və ödəniş təşkilatlarına aid fiziki ödəniş terminallarının əsas səhifəsində, habelə internet resursları və mobil tətbiqlərində “966” Qaynar xətti barədə məlumatın göstərilməsinin təmin edilməsi üzrə işlərin həyata keçirilməsi olub. Bununla istehlakçılara təqdim edilən ödəniş xidmətləri ilə bağlı çətinlik və suallar yarandığı vaxtında bildirilməsi və operativ araşdırılaraq cavablandırılmasının təmin edilməsi mümkün olacaq", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən daha öncə həyata keçirilmiş analoji tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının, sığortaçıların və valyuta mübadiləsi məntəqələrinin inzibati binalarında (filial, nümayəndəliklər) “966” Qaynar xətti barəsində məlumatın yerləşdirilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti