Bakı. Trend:
"PAŞA Kapital"ın ötən il xarici bazarlarda dövriyyəsi təqribən 3 milyard manata bərabər olub.
Trend xəbər verir ki, bunu "PAŞA Kapital"ın direktoru Ceyhun Hacıyev rəhbəri olduğu bankın 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında deyib.
"Bunun da təxminən 80% hissəsi istiqrazların payına düşüb. Qalan hissəsini isə səhm və törəmə maliyyə alətləri təşkil edib".