...

Tramp İranın nüvə danışıqlarını bərpa edəcəyinə ümid edir

Dünya xəbərləri Materials 13 İyun 2025 09:11 (UTC +04:00)
Tramp İranın nüvə danışıqlarını bərpa edəcəyinə ümid edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa olunacağına ümidvar olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Cennifer Qriffin öz “X” səhifəsində məlumat yayıb.

Amerikalı lider İsrailin İrana qarşı başlatdığı əməliyyatdan sonra “Fox News” telekanalına müsahibə verib. O bildirib ki, İslam Respublikası nüvə silahına sahib ola bilməz.

“Biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxaq-görək nə olur”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, bu gecə (13 iyun) İsrail İranın nüvə və raket proqramına hədəfləndiyi deyilən “Am KeLavi” (“Şir kimi millət”) əməliyyatının başlandığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti