Bakı. Trend:
Biz hazırda Qazaxıstan bazarına daxil olmaqla bağlı Qazaxıstanın Fond Birjası (KASE) ilə danışıqlar aparırıq.
Trend xəbər verir ki, bunu "PAŞA Kapital"ın direktorunun satış üzrə müşaviri İlqar Tağıyev bankın 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında deyib.
"Bu il də olmasa, gələn il Qazaxıstan bazarında iştirak etməyi planlaşdırırıq. O cümlədən, Qazaxıstandan olan investorlar Azərbaycan bazarına çıxmaq niyyətində olduqlarını bildirirlər. Bununla bağlı onlarla əməkdaşlıq modelimiz var.
Qazaxıstanın iki böyük investisiya şirkəti ilə artıq bu istiqamətdə danışıqlara başlamışıq", - o bildirib.