...

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2025 14:12 (UTC +04:00)
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 63 milyon manatlıq məhsul istehsal edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə iyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı məlumat verilib.

Məlumata əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla 85 milyon manatlıq məhsul istehsal olunub.

İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir.

Belə ki, Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC bugünlərdə Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb. Bununla əlaqədar media mənsublarının da iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib.

Almaniyanın Desma şirkətinin avadanlıqlarından istifadə edilən müəssisənin illik gücü 510 min cüt ayaqqabı istehsalı təşkil edir. Şirkət tərəfindən 67 nəfər daimi işlə təmin edilib.

Qeyd edək ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib, bu təsdiqedici sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti